Kreml: Putinin referendumla bağlı müraciətləri hələ planlaşdırılmayıb

Olaylar.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin  DXR, LPR, eləcə də Xerson və Zaporojye vilayətlərində keçirilən referendumun nəticələri ilə bağlı müraciəti hələ planlaşdırılmayıb. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib. "Hazırda yox, amma hər hansı bir hadisə baş verərsə, sizə vaxtında məlumat verəcəyik" deyə Peskov bildirib. 

Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin referendum keçiriləcəyi təqdirdə Kiyev və Moskvanın danışacaq heç bir şeyinin olmayacağı ilə bağlı bəyanatını şərh edərkən  bildirib ki, Ukrayna lideri "danışıqlar ideyasından çoxdan imtina etmək qərarına gəlib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31