Vladimir Zelenski və BMT-nin Baş katibi arasında telefon danışığı olub
28 Sentyabr 2022 23:39 DünyaUkrayna Prezidenti Vladimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.
Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi məlumat yayıb.
Tərəflər Zaporojye AES-də yaranmış təhlükəni müzakirə edib.
V.Zelenski, həmçinin Rusiyanın Ukrayna ərazilərində keçirdiyi "referendumların" BMT tərəfindən tanınmaması ilə bağlı aydın mövqeyinə görə A.Quterreşə təşəkkür edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31