"Ərdoğanın rolunu yüksək qiymətləndirirəm" - Zelenski

Prezident Zelenski Ukryananın ərazi bütövlüyünə verdiyi dəstəyə görə, Türkiyənin dövlət başçısı Ərdoğana təşəkkür edib. 

Olaylar.az azpost.info-ya istinadən bildirir ki, Zelebski bu barədə Meta-da yazıb.

"Prezident Ərdoğan ilə ilə danışdım. Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə təmənnasız dəstəyə, işğal olunmuş ərazilərdə keçirilən qanunsuz  referendumların tanınmaması ilə bağlı prinsipial mövqeyə görə ona təşəkkür etdim"- deyə Prezident yazıb.

Zelenski deyib ki, Ərdoğanın hərbi  əsirlərin mübadiləsinin təşkilində və ukraynalı komandirlərə sığınacaq verilməsində şəxsi rolunu yüksək qiymətləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31