Luqansk Xalq Respublikasının rəhbəri Putinə müraciət etdi- Rusiyanın tərkibinə daxil olmaq istəyirlər
28 Sentyabr 2022 14:19 DünyaOlaylar.az xəbər verir ki, Luqansk Xalq Respublikasının rəhbəri Leonid Paseçnik Rusiya prezidenti Vladimir Putinə müraciət edib. O, Luqansk Xalq Respublikasının Rusiya Federasiyasının subyekti kimi Rusiyanın tərkibinə daxil olması məsələsinə baxılması xahiş edib. Rəhbərin sözlərinə görə, səkkiz il ərzində respublika sakinləri Kiyev rejimi tərəfindən soyqırıma məruz qalıb və yalnız Rusiya Donbass sakinlərinə hərtərəfli yardım edib. "Şübhəmiz yoxdur ki, biz birlikdə ədalətə nail olacağıq: hərbi cinayətkarlar məhkəmə qarşısına çıxarılacaq və cinayət əmri verən hər kəs cəzalandırılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31