II Elizabetin 2085-ci ildə açılmasını istədiyi məktub üzə çıxdı
28 Sentyabr 2022 12:48 DünyaII Elizabetin 1986-cı ildə Sidney xalqına yazdığı və 2085-ci ildə açılmasını xahiş etdiyi məktubun olduğu ortaya çıxıb.
Maraq obyektinə çevrilən məktub həmin ilə qədər 19-cu əsrə aid memarlıq irsi olan Kraliça Viktoriya binasında (Queen Victoria Building) saxlanılacaq.
Məktubun məzmunu məlum olmasa da, II Elizabetin onu Avstraliyanın Sidney şəhərinin merinə xitabən yazdığı bildirilir:
"Zəhmət olmasa, 2085-ci ildə sizin tərəfinizdən seçiləcək münasib bir gündə bu zərfi açıb Sidney xalqına mesajımı çatdıra bilərsinizmi?"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31