Şimali Koreya növbəti nüvə sınağını keçirəcəyi tarixi açıqlayıb
28 Sentyabr 2022 12:33 DünyaCənubi Koreya Milli Kəşfiyyat Xidməti Şimali Koreyanın nüvə sınağı keçirəcəyi ehtimalını təsdiqləyib.
Olaylar.az xəbər verir ki, bu barədə Cənubi Koreya parlamentinin deputatı Yon Qon Yon Milli Kəşfiyyat Xidmətinin qapalı brifinqindən sonra məlumat verib.
Bunun 7-ci nüvə sınağı olacağı bildirilir. Məlumata görə, sınaqlar oktyabrın 16-sı ilə noyabrın 7-si aralığında keçirilə bilər. Çünki oktyabrın 16-da Çin Kommunist Partiyasının XX Qurultayı, noyabrın 7-də isə ABŞ-da aralıq seçkilər keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31