Rusiyada səfərbərlikdən yayınanlar belə cəzalandırılacaq
28 Sentyabr 2022 11:35 DünyaOlaylar.az xəbər verir ki, Rusiyada əsgərlikdən yayınanlar üçün cəzalar müəyyən edilib. Novosibirsk vilayətində hakimiyyət qismən səfərbərlik çərçivəsində ilk çağırışdan yayınanları axtarışa verib. Regionun hərbi komissarı Yevgeni Kudryavtsev "Sibkrai" portalı üçün axtarış prosedurunun qaydasını açıqlayıb. O bildirib ki, çağırışçı evdə yoxdursa, hərbi komissarlığın əməkdaşları onun qonşularını, qohumlarını dindirməyə başlayırlar. Çağırış vərəqəsi günün vaxtından və yerindən asılı olmayaraq çağırışçıya şəxsən təhvil verilməlidir. Əgər şəxs qaçıbsa, adı Daxili İşlər Nazirliyinə göndərilir. Bundan sonra polis məntəqələrində qaçan şəxsin axtarışına başlanılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31