Göz yaşları, kədər, ayrılıq: Rusiyada səfərbərlik - FOTO

Sentyabrın 21-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Olaylar.az bildirir ki, RF Müdafiə Nazirliyinin bəyanatına görə, təqribən 300 min nəfəri ehtiyatdan ordu sıralarına çağırmaq nəzərdə tutulub.

İlk olaraq döyüş təcrübəsinə malik şəxslər, habelə atıcı, tankçı, artilleriyaçı, sürücü və s. kimi hərbi-uçot ixtisaslarına malik vətəndaşlar səfərbərliyə cəlb ediləcək.

Onların təxminən bir ay hazırlıq keçəcəyi vurğulansa da, səfərbərliklə çağırılanların dediklərinə və sosial şəbəkələrdəki paylaşımlarına görə, heç bir hazırlıq olmadan Ukraynaya, müharibəyə göndərilirlər.

Səfərbərliyə cəlb edilmiş şəxslərə müqavilə əsasında xidmət edən hərbçilərin maaşı qədər vəsait ödənəcəyi deyilib.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31