"Rusiya ərazisini tərk etməyi tövsiyə edirik" - Polşa Xarici İşlər Nazirliyi

Polşa Xarici İşlər Nazirliyi öz vətəndaşlarına Rusiya ərazisini tərk etməyi tövsiyə edib.

Olaylar.az milli.az-a istinadən bildirir ki, "Rusiya Federasiyasının ərazisində olan Polşa Respublikasının vətəndaşlarına kommersiya və şəxsi vasitələrlə onun ərazisini tərk etmələri tövsiyə olunur", - deyə nazirlikdən bildirilib.

Həmçinin Polşa Xarici İşlər Nazirliyi Ukraynada baş verənlər və Rusiya hakimiyyəti tərəfindən Polşanın dost olmayan dövlət kimi tanınması ilə əlaqədar respublika vətəndaşlarına Rusiyaya səfərdən imtina etməyi tövsiyə edib.

Qeyd olunub ki, Polşanın Rusiyadakı diplomatlarının və konsulluq işçilərinin sayının azalması ilə əlaqədar Polşa vətəndaşlarına birbaşa konsulluq yardımının göstərilməsi imkanları son dərəcə məhduddur.

Həmçinin Polşa vətəndaşlarına xəbərdarlıq edilib ki, təhlükəsizliklə bağlı vəziyyətin kəskin pisləşməsi, sərhədlərin bağlanması və ya digər gözlənilməz vəziyyətlər zamanı evakuasiya xeyli çətinləşə və ya hətta qeyri-mümkün ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31