"Hərbi arsenalın artırılması Ukraynaya dəstəyi davam etdirməyə imkan verəcək" - NATO-nun baş katibi
27 Sentyabr 2022 23:05 DünyaNATO-nun baş katibi Yens Stoltenberq Silahlar üzrə Milli Direktorlar Konfransının (CNAD) növbədənkənar iclasını çağırıb.
Olaylar.az bildirir ki, bu barədə Şimali Atlantika Alyansının saytı xəbər yayıb.
Görüş zamanı Rusiyanın Ukraynadakı hərbi əməliyyatının nəticələri, NATO müttəfiqlərinin hərbi potensialı və sursat ehtiyatları, habelə bu sahədəki boşluqların aradan qaldırılması yollarının müzakirə edildiyi vurğulanıb.
Stoltenberq iclasdakı çıxışında tərəfdaşları silah ehtiyatlarını mümkün qədər tez doldurmağa çağırıb.
"NATO-nun hərbi arsenalının artırılması bizə Ukraynaya dəstəyi davam etdirməyə imkan verəcək", - deyə o, bildirib.
milli.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31