Rusiyaya qarşı daha bir QADAĞA
27 Sentyabr 2022 22:06 DünyaUkrayna Nazirlər Kabineti ölkədə hərbi vəziyyət başa çatana qədər Rusiyanın ərazisinə malların ixracına tam qadağa qoyulması haqqında qərar qəbul edib.
Olaylar.az xəbər verir ki, hökumət müvafiq qərarı sentyabrın 27-də keçirilən iclasın yekunları üzrə qəbul edib.
Qərar hərbi vəziyyətin dayandırılacağı və ya ləğv ediləcəyi, Rusiyanın Ukraynaya qarşı qeyri-dost hərəkətlərinə son qoyacağı günə qədər qüvvədə olacaq.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31