Səhnədə saçlarını KƏSDİ - VİDEO
27 Sentyabr 2022 20:13 DünyaTürk müğənnisi Melek Mosso səhnədə saçlarını kəsib.
Olaylar.az milli.az-a istinadən yazır ki, ifaçı İranda əxlaq polisi tərəfindən döyülərək öldürülən 22 yaşlı Məhsa Əmini və azadlıq uğrunda mübarizə aparan qadınlara görə bu addımı atıb.
Harbiye Açıq Hava Teatrında çıxış edən Melek "Bu gecə mahnılarımı bütün qadınlar adına oxuyuram. Azadlığımızı kimsə əlimizdən ala bilməz", - deyə, vurğulayıb.
Xatırladaq ki, Əmininin ölümü səbəbilə İranda kütləvi aksiyalar başlayıb. Qadınlar baş örtüklərini yandıraraq etirazlarını bildiriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31