"Şimal axını" kəmərlərində PARTLAYIŞ
27 Sentyabr 2022 19:50 Dünya"Şimal axını 1" və "Şimal axını 2" qaz kəməri marşrutlarında iki partlayış qeydə alınıb.
Olaylar.az bildirir ki, bu barədə İsveçin Milli Seysmik Şəbəkəsi bildirib.
Qeyd olunub ki, şəbəkənin ölçmə stansiyaları sentyabrın 26-da ayrı-ayrı vaxtlarda iki partlayış qeydə alıb. Bu faktlarla bağlı daha ətraflı araşdırmalar aparılır.
Partlayışlardan birinin maqnitudası 2,3 bala bərarər olub.
Qeyd edək ki, bu gün gecə saatlarından etibarən "Şimal axını" ilə Rusiyadan Şimali Avropaya qaz nəqli tamamilə dayandırılıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31