"Vətəndaşların Rusiyaya məcburi qaytarılması ilə bağlı heç bir müraciət etməmişik" - Rusiya Müdafiə Nazirliyi

Rusiya Müdafiə Nazirliyi Gürcüstan, Qazaxıstan və digər dövlətlərin hakimiyyət orqanlarına ölkədən gedən rusların məcburi geri qaytarılması tələbi ilə müraciət etməyəcək.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik çərçivəsində Qazaxıstanın, Gürcüstanın və digər ölkələrin dövlət orqanlarına orada olan Rusiya vətəndaşlarının Rusiyaya məcburi qaytarılması ilə bağlı heç bir müraciət göndərməyib və bunu planlaşdırmır", - nazirlik bildirib.

azpost

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31