Qazaxıstan səfərbərlikdən yayınanları Rusiyaya təhvil verməyəcək
27 Sentyabr 2022 14:22 DünyaOlaylar.az xəbər verir ki, Qazaxıstan Daxili İşlər Nazirliyinin rəhbəri Marat Axmetjanov brifinqdə beynəlxalq axtarışda olan cinayətkarların Rusiyaya ekstradisiya ediləcəyini açıqlayıb. Rusiya ilə Qazaxıstan arasında hüquqi yardımın göstərilməsi haqqında sazişə əsasən, qismən səfərbərlik çərçivəsində hərbi komissarlıqlar tərəfindən axtarışda olan şəxslərin ekstradisiyasından söhbət gedə bilməz. Ekstradisiya üçün əsas şərtlərdən biri açılmış cinayət işinin olmasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31