Rusiyada hərbi komissar işdən çıxarılıb

Olaylar.az xəbər verir ki, Rusiyada Maqadan vilayətinin hərbi komissarı qismən səfərbərlik zamanı yol verdiyi səhvlərə görə vəzifəsindən azad edilib.

Şərq Hərbi Dairəsinin komandirinə üz tutan Nosovun xahişi ilə hərbi komissarlığın rəhbərliyi dəyişdirilib. Nizam-intizamı pozulan hərbi komissarlığa işini yaxşı təşkil edən peşəkar zabit göndərilib. Maqadan vilayətində son illər dağıdılan hərbi qeydiyyat sistemi də bərpa olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31