Müharibə başlayandan 13,8 milyon insan Ukraynanı tərk edib

Hərbi əməliyyatlar başlayandan indiyədək Ukraynanı 13 milyon 81 min 621 nəfər tərk edib.
Olaylar.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının saytı məlumat yayıb.
Onların 6,2 milyon nəfərdən çoxu Polşaya, 2,6 milyondan çoxu Rusiyaya, 1,4 milyondan çoxu Macarıstana, 1,2 milyondan çoxu Rumıniyaya, 798 mindən çoxu Slovakiyaya, 618 nəfəri Moldovaya, 16 705 nəfəri Belarusa gedib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31