Makron ABŞ-a səfər edəcək

ABŞ prezidenti Co Bayden dekabrın 1-də ABŞ-a dövlət səfəri ilə gələcək fransalı həmkarı Emmanuel Makronla görüşəcək.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jan-Pyer jurnalistlər üçün brifinq zamanı deyib.

"Bildirimək istərdim ki, Prezident Co Bayden və birinci xanım Cill Bayden dekabrın 1-də ABŞ-a dövlət səfərinə gələcək Fransa Prezidenti Emmanuel Makronu və onun xanımı Bricit Makronu qəbul edəcəklər", - deyə mətbuat katibi bildirib.

C.Bayden və E.Makron "ümumi qlobal çağırışlar üzrə" qarşılıqlı fəaliyyət kursunu və hər iki ölkəni maraqlandıran sahələri müzakirə edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31