Moskva aqressiv Vaşinqtonu “sərinləməyə” çağırıb
26 Sentyabr 2022 16:08 DünyaOlaylar.az xəbər verir ki, rəsmi Moskva Vaşinqtona xəbərddarlıq edib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov çıxışında bildirib ki, "Birləşmiş Ştatlar "soyuyub", vəziyyəti gərginləşdirməyi dayandırmalıdır".Qeyd edək ki, Moskvanın Vaşinqtona tələsik addımlarla bağlı xəbərdarlıq siqnalları göndərməsi uzun zamandır diqqət çəkir. Sergey Ryabkov Rusiyanın ABŞ ilə nüvə sahəsində təmaslarından da danışıb. Onun sözlərinə görə, Moskva bu mövzuda Vaşinqtonla dialoqu heç vaxt dayandırmayıb. Bundan əlavə, Rusiyanın nüvə silahından mümkün istifadə məsələsinə yanaşmasında heç bir dəyişiklik yoxdur. Bu sahədə əsas razılaşmaları özü məhv etmiş bir dövlətdən silahlara nəzarətlə bağlı tənqidləri eşitmək gülüncdür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31