Avropa Komissiyası səfərbərlikdən yayınan rusların qəbulu məsələsini fəal şəkildə müzakirə edir

Olaylar.az xəbər verir ki, Avropa Komissiyası (AK) qismən səfərbərlikdən yayınan Rusiya vətəndaşlarının qəbulu məsələsini Avropa İttifaqı dövlətləri ilə fəal müzakirə edir. Bunu Avropa Komissiyasının nümayəndəsi Anita Hipper deyib. Onun sözlərinə görə, vəziyyəti qiymətləndirmək və növbəti addımları hazırlamaq lazımdır. Hipper qeyd edib ki, bu məsələ ilə bağlı sentyabrın 26-da və 27-də Avropa İttifaqının işçi qrupları görüşəcək. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31