Rusiyada məktəbdə dəhşət: Ölənlərin sayı artdı, matəm elan edildi - FOTO/VİDEO
26 Sentyabr 2022 14:04 DünyaRusiyanın İjevsk şəhərində orta məktəblərin birində atışma olub.
Bildirilir ki, dərs zamanı qara geyimli naməlum şəxs sinif otağına girərək atəş açıb. Məktəb direktoru yaralı yeniyetmələrlə kabinetdə gizlənməyə müvəffəq olub.
Atışmada ölənlərin sayı 13-ə çatıb.
Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi xəbər yayıb.
Məlumata görə, qurbanlardan yeddisi məktəblidir.
Qeyd edək ki, İjevskdə 88 saylı məktəbdə baş verən faciə ilə əlaqədar Udmurtiya Respublikasında sentyabrın 26-dan 29-dək matəm elan edilib.
Məktəblilərə atəş açan şəxsin intihar etdiyi bildirilir.
Qeyd edək ki, bu, Rusiyada bu gün yaşanan ilk atışma hadisəsi deyil. Bundan əvvəl məlum olmuşdu ki, Ust-İlimskdə bir nəfər çağırış məntəqəsində hərbi komissara atəş açıb və onu ağır yaralayıb, həmçinin Uryupinskdə 35 yaşlı şəxs hərbi komissarlığın qarşısına park etdiyi avtomobilini yandırıb.
oxu.az