İjevskdə naməlum şəxs məktəbdə atəş açıb, ölən və yaralananlar var
26 Sentyabr 2022 12:24 DünyaRusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub.
Olaylar.az xəbər verir ki, hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.
Atışma dərs zamanı başlayıb. Qara geyimli naməlum şəxs sinif otağına girərək uşaqlara atəş açıb. Atışma nəticəsində mühafizəçilərdən biri daxil olmaqla 10 nəfər yaralanıb.
Qeyd edək ki, hücum edən şəxs məktəbin ikinci mərtəbəsində polisə atəş açıb. Məktəbin mühafizəçisi ölüb, hücum edən şəxs isə intihar edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31