II Elizabetin dəfn olunduğu yerin FOTOSU YAYILDI
26 Sentyabr 2022 11:50 DünyaBukinqem sarayı Kraliça II Elizabetin dəfn olunduğu yerin fotosunu yayımlayıb.
Olaylar.az "CNN"ə istinadən xəbər verir ki, 96 yaşında vəfat edən hökmdarın məzarı Vindzor şəhərində, kral VI Hersoqun kilsəsində yerləşir.
Qəbir daşının üzərində, həmçinin, Kraliçanın valideynlərinin və həyat yoldaşının da doğun və ölüm tarixləri yazılıb: "VI Georq 1895-1952", "Elizabet 1900-2002", "II Elizabet 1926-2022" və "Filip 1921- 2021".
Məlumata görə, qəbir daşı Belçikanın qara mərmərindən əllə işlənilib.
Xatırladaq ki, Britaniya Kraliçasının ölümü barədə sentyabrın 8-də elan olunub. II Elizabet, Şotlandiyada yerləşən Balmoral qəsrində, 96 yaşında vəfat edib. Daha sonra onun nəşi Londona aparılıb və elə orada sentyabrın 19-da dəfn olunub. II Elizabet Britaniya tarixində ən çox hakimiyyətdə qalan hökmdar olub: 70 il, 7 ay.
Birləşmiş Krallığın yeni kralı Kraliçanın böyük oğlu, III Karl adını qəbul edən 73 yaşlı Çarlz olub.
