Rusiyada gənc oğlan hərbi komissarlığa atəş açdı

Olaylar.az xəbər verir ki, İrkutsk vilayətinin Ust-İlimsk hərbi komissarlığında gənc oğlan silahlı insident törədib.  Ağır yaralanan hərbi komissar xəstəxanaya çatdırılıb. Atəş açan şəxs dərhal həbs edilib. Hazırda həkimlər yaralı hərbi komissar Aleksandr Yeliseyevin həyatı üçün mübarizə aparırlar. İlkin məlumata görə, atəş açan şəxsin 25 yaşı olub, o, silahdan altı güllə açıb. İstintaq Komitəsi hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd və qanunsuz silah saxlama maddələri ilə cinayət işi açıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31