Rusiyanın 11 hava limanında uçuş məhdudiyyətləri uzadılıb

Rusiyanın cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşlara müvəqqəti məhdudiyyətlər rejimi oktyabrın 4-dək uzadılıb.

Olaylar.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi məlumat verib.
"Rusiyanın 11 hava limanında müvəqqəti uçuş məhdudiyyətləri 4 oktyabr 2022-ci il, Moskva vaxtı ilə saat 03:45-dək uzadılıb. Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov-na-Donu, Simferopol və Elistaya uçuşlar müvəqqəti olaraq məhdudlaşdırılıb", - məlumatda qeyd edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31