Ermənilər arasında atışma: ölən və yaralanan var

Ermənistanın paytaxtı İrəvanda silahlı insident olub.

Olaylar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Hadisə Serentsi küçəsində yerləşən qızıl bazarının arxasındakı anbarda yaşanıb. Nəticədə bir nəfər ölüb, biri isə yaralanıb.

Hadisə yerində həmçinin üzərində güllə izləri olan "Leksus" və "Mersedes" markalı avtomobillər aşkarlanıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31