"Nüvə silahından istifadə ilə hədələmə çox pisdir” - Borrell

AB Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı silahlı münaqişədə nüvə silahından istifadə edə biləcəyi ilə bağlı hədələrini ciddi qəbul etməlidir.

Olaylar.az xəbər verir ki, bu sözləri AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

Borrell qeyd edib ki, müharibə təhlükəli həddə çatıb.

"Bu, şübhəsiz ki, təhlükəli məqamdır. Çünki Rusiya ordusu küncə sıxışdırılıb və Putinin reaksiyası və nüvə silahından istifadə ilə hədələməsi çox pisdir", - Borrell bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31