Qanunsuz miqrantları daşıyan qayıq batıb

Türkiyənin Çanaqqala əyalətinin Ayvacık rayonu sahillərində qanunsuz miqrantları daşıyan qayıq batıb.

Olaylar.az xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər həlak olub, 15 miqrant xilas edilib.

Məlumata əsasən, ölənlərdən 4-ü uşaqdır.

Qeyd edilir ki, itkin düşən bir nəfərin axtarışları davam etdirilir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31