"Ukrayna Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana minnətdardır" - Ukrayna Xarici İşlər Nazirliyi
23 Sentyabr 2022 23:47 DünyaUkrayna Xarici İşlər Nazirliyi Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə əsir mübadiləsindən sonra ölkəyə qaytarılan 215 ukraynalıya görə bu ölkəyə təşəkkür edib.
Olaylar.az teleqraf.com-a istinadən bildirir ki, XİN-in açıqlamasında Prezident Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə 215 hərbi əsirin Ukraynaya qaytarıldığı deyilib.
"Ukrayna 215 nəfərin Rusiya əsirliyindən geri qaytarılmasını mümkün edən vasitəçilik səylərinə görə Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana minnətdardır. Biz bu dəstəyi çox yüksək qiymətləndiririk", - açıqlamada bildirilib.
Prezident Ərdoğan bundan əvvəl rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Vladimir Zelenski ilə apardığı danışıqlar nəticəsində 200 əsirin azad edildiyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31