İran gündəmi:

Ölkəboyu iğtişaşlar 7-ci gündür davam edir.

-Olayların episentri Şiraz, İsfahan, Kirman, Kürdüstanın Saqqız, Sərəndəc şəhərləri və Qərbi Azərbaycan şəhərləridir.

- 3 gündür Güney Azərbaycan şəhərlərində: Təbriz, Ərbədil, Urmu, Soyuqbulaqda etiraz yürüşləri başlayıb.

- Hadisələr hicab qadağalarının qurbanı saqqızlı kürd qızı Məhsa Əmininin ölümünə etiraz olaraq başlayıb. Amma xalqı zinhara gətirən təkcə lüzumsuz hicab qadağası deyil. İnsanlar yoxsulluqdan əziyyət çəkir. Rejimə qəzəb həm də sosial problemlərə görədir.

- Xaricdəki İran müxaliflərin, özəlliklə şahçıların hadisələri yönləndirmək cəhdi baş tutmadı. Məhsanın ölümü ilə bağlı danışan Şahın oğlu "gedin evdə əzadarlıq edin" demişdi. Xalq vecinə almadı.

Güney Azərbaycandakı aksiyaların əsas tələbi qadın azadlığı, ana dili və Urmu gölü ilə bağlıdır.

-"Azadlıq, ədalət, milli hökumət" şüarı ilk deyil. Güney şəhərlərində bundan öncə də səslənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31