Ukrayna Müdafiə Nazirliyi itkilərinin sayını açıqlayıb
23 Sentyabr 2022 14:49 Dünya"İtkilərimiz 9 min nəfərdən çoxdur".
Olaylar.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
O bildirib ki, bu, dəqiq rəqəm deyil: "Çünki Mariupolda ölən döyüşçüləri saymaq mümkün deyil".
A.Malyarın sözlərinə görə, Ukraynanın itkiləri qarşı tərəflə müqayisədə xeyli azdır. O, bunu Ukrayna ordusunun bacarığı ilə əlaqələndirib:
"Bu, yalnız hərbçilərin sayıdır. Həlak olan mülki şəxslərin sayını isə başqa qurum hesablayır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31