Rusiyada sutka ərzində 53 335 nəfər koronavirusa yoluxub

Olaylar.az xəbər verir ki, Rusiyada son sutka ərzində 53 335 koronavirusa yoluxma halı aşkarlanıb. Son sutka ərzində 104 nəfər COVID-19 qurbanı olub, 3915 nəfər xəstəxanaya yerləşdirilib, 57625 nəfər müalicə olunaraq sağalıb.

Ümumilikdə, Rusiyada pandemiyanın başlanmasından indiyədək 20 694 894 nəfər koronavirusa yoluxma halı qeydə alınıb. Bütün dövr ərzində 386 551 nəfər ölüb, 19 652 187 nəfər sağalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31