Lukaşenko Belarusda səfərbərliyə hazırlıqla bağlı şayiələri təkzib edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyada onun tətbiqindən sonra respublikada gözlənilən səfərbərlik barədə şayiələri yalan adlandırıb. "Bu səfərbərlik Rusiyadadır. Səfərbərlik olmayacaq. Bu yalandır", - deyə Belarus lideri jurnalistlərə bildirib.

Daha öncə Belarusun xarici işlər naziri Vladimir Makey Ukraynadakı döyüşlərdə respublikanın bir hərbçisi və bir dənə də olsun hərbi texnikasının iştirak etmədiyini bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31