LPR zabiti Kiyevin referendumu pozmaq cəhdlərindən danışıb
23 Sentyabr 2022 12:23 DünyaOlaylar.az xəbər verir ki, Luqansk Xalq Respublikasının xalq milisinin zabiti Andrey Maroçko bildirib ki, Ukrayna Silahlı Qüvvələri respublika ərazisini atəşə tutmaqla LXR-ə qoşulmaq məsələsi üzrə referendumu pozmağa çalışır. "Ukrayna silahlı birləşmələrinin Luqansk Xalq Respublikası ərazisində referendumu pozmaq üçün hər cür səy göstərəcəyi ilə bağlı qorxular təsdiqlənib. Səhər saatlarından Staxanov qəsəbəsi Amerikanın MLRS HIMARS-dan istifadə etməklə atəşə tutulub.Heç bir atəş səsvermənin gedişinə təsir etməyəcək. Biz bütün bunları nəzərə aldıq və atışma nəticəsində yarana biləcək riskləri minimuma endirəcək şəkildə etdik"- deyə Maroçko qeyd edib
Hazırda respublikanın digər cəbhəyanı yaşayış məntəqələrində də vəziyyət stabil deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31