Qismən səfərbərliyə görə spirtli içkilərə qadağa qoyulub- ÖZƏL

Olaylar.az xəbər verir ki, Buryatiyanın bir sıra kəndlərində alkoqollu içkilərin satışına məhdudiyyətlər tətbiq olunduğunu elan edilib. İvolginski, Kabanski və Tarbaqatay rayonlarının bir neçə yaşayış məntəqəsində "quru qanun" adı verilən tətbiq edilməyə başlanıb.  Yerli hakimiyyət qismən səfərbərlik zamanı spirtli içkilərin satışına məhdudiyyətlər qoyub. Kabanski rayonunun rəhbəri sentyabrın 23-də səhər saat 8:00-dan 15:00-dək Kabansk kəndində spirtli içkilərin satışına qadağa qoyduğunu açıqlayıb. 

Qeyd edək ki, bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi kontr-admiral Vladimir Tsimlyanski vətəndaşların qismən səfərbərliyinin hansı qaydada həyata keçiriləcəyini açıqlayıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31