Melitopolda partlayış baş verib

Ukraynanın Rusiyanın işğalı altında olan Melitopol şəhərində partlayış olub.
Olaylar.az xəbər verir ki, bu barədə şəhər meri İvan Fedorov bildirib.
Onun sözlərinə görə, partlayışın Rusiyaya qarşı çıxmağa hazırlaşan yerli sakinləri qorxutmaq və çəkindirmək məqsədilə törədildiyi ehtimal olunur.
Şəhər meri bildirib ki, partlayışla bağlı dəqiqləşdirmələr aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31