Məşhur model İranda öldürülən Məhsanı paylaşdı - FOTO

Dünyaca məşhur model Bella Hadid İranda əxlaq polisi tərəfindən döyülərək öldürülən 22 yaşlı Məhsa Əmini ilə bağlı paylaşım edib.

Olaylar.az milli.az-a istinadən xəbər verir ki, Bella paylaşımda "Məkanın cənnət olsun. Buna layiq deyildin... Ailəsinə və sevdiklərinə səbr diləyirəm", - deyə, qeyd edib.

Xatırladaq ki, Əmininin ölümü səbəbilə İranda kütləvi aksiyalar başlayıb. Qadınlar baş örtüklərini yandıraraq etirazlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31