Zelenski Rusiyadakı əsirlərin qaytarılmasına görə Ərdoğana təşəkkür edib
22 Sentyabr 2022 15:50 DünyaUkrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Olaylar.az xəbər verir ki, o, bu barədə öz Twitter hesabında yazıb.
"Rusiyada əsirlikdə olan 215 nəfər geri qaytarılıb. Onların arasında Azovstal və Mariupolun 188 müdafiəçisi də var. 5 komandir Türkiyədə qalacaq. Onlar ailələri ilə görüşə biləcəklər. Buna görə Prezident Ərdoğana ürəkdən minnətdaram",- deyə, o bildirib.
Zelenski, həmçinin əsirlikdəki digər şəxsləri qaytarmağa çalışdıqlarını deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31