Rusiyada yük maşınlarının istehsalı artıb

2022-ci ilin avqustunda Rusiyada yük avtomobillərinin istehsalı 2021-ci ilin eyni dövrü ilə müqayisədə artıb. 

Olaylar.az xəbər verir ki, bu barədə "Napi" agentliyi məlumat verib.
Mütəxəssislərin hesablamalarına görə, bu ilin avqustunda Rusiyada 4,3 min yük maşını istehsal edilib. 2021-ci ilin avqustunda isə bu rəqəm 3,9 minə bərabər idi.

Cari ilin avqust ayında digər avadanlıq növlərinin istehsalı 2021-ci illə müqayisədə azalıb. Lakin şirkətin analitikləri qeyd ediblər ki, bu ilin iyul ayı ilə müqayisədə yüngül ticari avtomobillərin istehsalı 15,3%, avtobusların istehsalı 12,4%, minik avtomobillərinin istehsalı isə 12,4% artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31