Peskov qismən səfərbərlik qərarı haqqında açıqlama verib

"Rusiya prezidenti Vladimir Putin çıxışı zamanı qismən səfərbərliyin səbəblərini açıq-aydın təsvir edib".
Olaylar.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov bu gün keçirdiyi brifinqdə bildirib.

"Prezident dünənki çıxışında bu qərarın verilməsinin səbəblərini açıqladı. Fakt budur ki, xüsusi əməliyyat Ukraynada məqsədləri həyata keçirmək üçün başlayıb. İndi biz faktiki olaraq bütün logistik imkanları ilə NATO bloku ilə qarşı-qarşıyayıq. Bu, belə bir zərurətə səbəb oldu" - deyə, prezidentin mətbuat katibi vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31