Dmitri Medvedev NATO-nu hədələyib ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev NATO-nu hədələyib. Medvedev NATO-nu Rusiyaya hədə-qorxu gəlməməyə çağırıb. Bu hərəkətlərə cavab olaraq siyasətçi Avropa və ABŞ-dakı hədəfləri daha sürətli vuracaq hipersəs silahlarından istifadə edəcəklərini bildirib. Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavininin sözlərinə görə, Qərb siyasətçiləri və NATO ölkələrinin bütün vətəndaşları başa düşməlidirlər ki, Rusiya öz yolunu seçib və "geri dönüş yoxdur". Medvedev əlavə edib ki, sentyabrın 21-də Rusiya Federasiyasında elan edilən qismən səfərbərlik Donbass respublikalarında referendumların keçirilməsi, DXR, LXR və digər ərazilərin Rusiyanın tərkibinə daxil olması deməkdir. O, bütün birləşdirilən ərazilərin mühafizəsinin Rusiya Federasiyasının Silahlı Qüvvələri tərəfindən gücləndiriləcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31