Peskov oğlunun hərbi komissarlığa çağırılmasını şərh etməkdən imtina edib- ÖZƏL

Olaylar.az xəbər verir ki, Sentyabrın 21-də jurnalistlər Peskovun oğlu Nikolay ilə söhbəti mətbuatda dərc ediblər.  Jurnalistlər özlərini hərbi komissarlığın işçisi kimi təqdim edib, ertəsi gün səhər saat 10-da komissarlığa gəlməyin zəruriliyini bildiriblər. Mətbuat katibinin oğlu hərbi komissarlığa getməkdən imtina edib və məsələni "başqa yolla" həll etmək planlarından danışıb.

"Mən bu barədə məlumatlıyam və bilirəm ki, söhbətin tam mətni yerləşdirilməyib", -deyə  Peskov dərc olunan dialoqu şərh edərkən deyib.  Mətbuat katibinin sözlərinə görə, oğlunun mövqeyini  bilsə də, bu barədə açıqlama verməyəcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ölkədə qismən səfərbərlik elan edilməsi fonunda oğlu Nikolayın hərbi komissarlığa gəlməsi ilə bağlı mövqeyini şərh etməkdən imtina edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31