"Etiraz edən şəxslər gizli şəkildə hərəkətə keçə bilərlər" - Politoloq

İranda əxlaq polisinin Məhsa Əmini adlı gənc qadını (ikinci adı Jina) öldürməsinə etirazlar davam edir və hazırda ölkənin onlarla 24 ostan və şəhərində nümayişlər keçirilir. 

Politoloq Fikrət Sadıqovun sözlərinə görə, belə etirazlar səngisə belə, gərginlik davam edəcək:

"Buna bənzər hadisələr İranda daha əvvəl də baş verib və hakimiyyət bunu dayandırmağı bacarıb. Çünki hakimiyyət kifayət qədər güclü bir qurumdur və belə etirazlar düşünmürəm ki, rejimə təsir etsin, hətta kimisə istefaya göndərə bilsin. Amma əlbəttə ki, vəziyyət gərgindir və gərgin olaraq da qalacaq. Burda etirazçıların əksəriyyəti cavan nəslin nümayəndələridir. Amma onu da yaddan çıxarmayaq ki, belə etirazlar əlbəttə ki, rejimin zəifləməsinə gətirib çıxarır və bu gərginliyin qalmasında belə etirazlar, iğtişaşlar və onlara qarşı hakimiyyətin hərəkətləri böyük rol oynayır. Yəni, belə etirazlar səngisə belə, gərginlik davam edəcək. Açıq-aşkar qarşıdurmaların qarşısı alınsa belə, etiraz edən şəxslər böyük ehtimalla gizli şəkildə hərəkətə keçə bilərlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31