Finlandiya rusların ölkəyə girişini tam qadağan edir
22 Sentyabr 2022 10:27 DünyaFinlandiya Şengen vizası olan ruslar üçün tranzit ölkə olmayacaq və Rusiya vətəndaşlarının ölkəyə girişini məhdudlaşdıran milli qanunvericilik hazırlayır.
Olaylar.az bildirir ki, bu sözləri Finlandiya xarici işlər naziri Pekka Haavisto deyib.
"Bu gün biz bu turist axınının necə məhdudlaşdırılacağına və ya tamamilə qarşısının alınmasına dair bir həll hazırlamağa başladıq. Finlandiya digər dövlətlər tərəfindən verilən Şengen vizaları üçün tranzit ölkə olmaq istəmir. Yaxın vaxtlarda bu məsələ parlamentə təqdim olunacaq", - nazir brifinqində bildirib.
Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31