Ukraynadan gələn qlobal təhlükə ilə bağlı ölkələrin parlamentlərinə müraciət edilib
21 Sentyabr 2022 15:58 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Dövlət Dumasının deputatları Avropada sülh və sabitliyə Ukraynadan gələn təhlükə ilə bağlı BMT Baş Assambleyasına , Parlamentlərarası Birliyə, Avropa Parlamentinə və digər ölkələrin parlamentlərinə müraciəti dəstəkləyiblər .
Dövlət Dumasının sədri Vyaçeslav Volodinin adından hazırlanan sənədin sentyabrın 21-də keçirilən plenar iclasda dəstəkləndiyi vurğulanır. Müraciətdə məqsəd Donbasın mühafizəsi üzrə xüsusi əməliyyatın keçirilməsi məsələsində Rusiyanın mövqeyini vurğulamaqdır.
"Onlar nəhayət başa düşməlidirlər ki, mövqelərini dəyişməsələr, Ukraynanı silah və muzdlularla təchiz etməyi dayandırmasalar, sabah bu onların problemləri olacaq", -deyə Dövlət Dumasının müraciətində deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31