Putinin qismən səfərbərlik çağırışından sonra Çin danışıqlara çağırır

Olaylar.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Van Venbin Rusiya prezidenti Vladimir Putinin qismən səfərbərliyə dair müraciətini şərh edərkən bildirib ki, Çin Ukraynadakı münaqişənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və danışıqlara başlamağa çağırır. 

"Çinin Ukrayna böhranı ilə bağlı mövqeyi ardıcıl və aydındır. Biz bütün tərəfləri döyüşlərə son qoymaq və  tərəflərin qanuni təhlükəsizlik narahatlıqlarını həll etmək yollarını tapmaq üçün dialoq və məsləhətləşməyə çağırırıq", -deyə  Çin diplomatı bildirib.

Qeyd edək ki,  Putin Rusiyada qismən səfərbərlik elan edib. Səfərbərlik fəaliyyətləri sentyabrın 21-də başlayacaq. Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, xidmət keçmiş, hərbi ixtisası və döyüş təcrübəsi olan şəxslər qismən səfərbərliyə cəlb olunurlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31