Rusiyada səfərbərlik əleyhinə mitinq elan olunub
21 Sentyabr 2022 12:44 DünyaRusiyada müharibə əleyhdarları qismən səfərbərliyə qarşı ümum-Rusiya mitinqi elan ediblər.
Olaylar.az xəbər verir ki, etiraz aksiyalarının təşkilatçısı "Vesna" Gənclər Hərəkatıdır.
Fəallar vətəndaşları yaşadıqları şəhərlərin mərkəzində toplaşmağa çağırıb. Onlar aksiyanı "Məzarlaşmağa yox" adlandırıblar.
Qeyd edək ki, "Vesna" Gənc Demokratik Hərəkatı 2013-cü ildə Sankt-Peterburqda "Gənc Yabloko", "Oborona" və "Solidarnost" gənclər təşkilatlarının birləşməsi nəticəsində yaradılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31