"Niyə təəssüflənirəm? O, Baydendir" - Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Co Baydenin qəbulunda olacaq.

Olaylar.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ərdoğan Baydenlə Nyu-Yorkda ikitərəfli görüş baş tutmasa, təəssüflənməyəcəyini bildirib.

"Niyə təəssüflənirəm? O, Baydendir, mən Ərdoğan", - Türkiyə lideri vurğulayıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak edir. Bundan əvvəl Ərdoğanın Baydenlə görüşmək və onunla bir sıra məsələləri müzakirə etmək niyyətində olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31