"İstanbul Konsensusu danışıqların nəticə verdiyini göstərdi" - Rəcəb Tayyib Ərdoğan
20 Sentyabr 2022 20:43 DünyaTürkiyə Ukraynadakı münaqişənin diplomatiya yolu ilə həlli üçün bütün ölkələri onun sülh təşəbbüslərini dəstəkləməyə çağırır.
Olaylar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-də çıxışı zamanı bildirib.
"Biz Türkiyə olaraq Rusiya-Ukrayna müharibəsinin yaratdığı sarsıntılarla mübarizə aparırıq. Biz mövcud böhranın həllində dialoq və diplomatiyanın əsas rolunu vurğulayırıq. Vasitəçi rolumuz sayəsində Rusiya və Ukraynanı Antalyada bir araya gətirdik. Biz Ukrayna taxılının dünya bazarına çıxarılmasını təmin etdik. İstanbul Konsensusu danışıqların nəticə verdiyini göstərdi", - Ərdoğan vurğulayıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31