Mövlud Çavuşoğlu və Entoni Blinken arasında görüş olub
20 Sentyabr 2022 18:51 DünyaTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.
Olaylar.az xəbər verir ki, görüşdə regional və beynəlxalq gündəm ətrafında fikir mübadiləsi aparılıb.
E.Blinken Türkiyəni ABŞ-ın NATO-dakı müttəfiqi adlandıraraq, iki ölkənin bir çox çətin məsələləri həll etmək üçün səy göstərdiyini söyləyib.
Dövlət katibi taxıl sazişinin əhəmiyyətini vurğulay;b bu razılaşmaların əldə olunmasına verdiyi töhfəyə görə rəsmi Ankaraya təşəkkürünü bildirib.
Görüş, təxminən, yarım saat bağlı qapılar arxasında davam edib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31